09:00 — 10:00
10 Dekabr 2026 — Bakı
SƏNAYE TƏHLÜKƏSİZLİYİ ZİRVƏSİ 2026
Sənaye və əmək təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və dayanıqlı gələcək üzrə regionun ən böyük peşəkar platforması.
- ◆ Baku Marriott Hotel Boulevard
- ◆ info@aisa.az
- ◆ +994 12 310 53 53
01HAQQIMIZDA
“SƏNAYE TƏHLÜKƏSİZLİYİ
ZİRVƏSİ” HAQQINDA
Bu zirvə təkcə bir tədbir deyil — dəyişən əmək mühitində təhlükəsizlik mədəniyyətini formalaşdırmaq üçün atılmış strateji addımdır.
“Sənaye Təhlükəsizliyi Zirvəsi” sənaye sahəsinin dinamik inkişafı və artan təhlükəsizlik çağırışları fonunda sənaye və əmək təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə və iş mühitinin təhlükəsizliyi sahələrində dünya səviyyəsində tətbiq edilən innovativ həllər və qabaqcıl təcrübələrin müzakirə edildiyi platformadır. Əsas məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən dövlət və özəl qurumların, peşəkarların, ekspertlərin və qərarvericilərin bir araya gələrək sənaye təhlükəsizliyi üzrə bilik mübadiləsi aparması, aktual problemləri dəyərləndirməsi və innovativ həll yolları axtarmasıdır. Zirvə həm təcrübəli rəhbərlər, həm də bu sahəyə maraq göstərən yeni nəsil mütəxəssislər üçün öyrənmə, şəbəkələşmə və real təsir imkanlarını təqdim edir. Burada formalaşan hər fikir, atılan hər addım sənaye sahəsində daha sağlam, təhlükəsiz və yaşıl gələcəyin qurulmasına xidmət edir.
0+
İŞTİRAKÇI
0+
SPİKER
0
NOMİNASİYA
02MÜKAFATLANDIRMA
HSE
AWARDS
“HSE Awards” – fərqli sənaye sektorları üzrə sağlamlıq, təhlükəsizlik və ətraf mühit təcrübələri üzrə diqqətəlayiq nailiyyətləri mükafatlandırmaq üçün təşkil edilir. Bu mükafatlar iş yerində təhlükəsizliyin təşviqində, ətraf mühitə təsirlərin azaldılmasında və dayanıqlılığa innovativ yanaşmaların önə çıxarılmasında üstün olan təşkilatların və şəxslərin təltif edilməsini nəzərdə tutmaqdadır. Bununla da, SƏTƏMM sahəsində mükəmməllik yanaşmasını təşviq etməyə, fərqli sənayelərdə ən yaxşı təcrübələri mənimsəməyə və daha təhlükəsiz, daha dayanıqlı biznes həllərini tətbiq etməyə çağırırıq.
5 NOMİNASİYA
03SPİKERLƏRİMİZİ TANIYIN
SPİKERLƏR
Sənaye, enerji, qida və beynəlxalq təşkilatlardan gələn ekspertlər. Ətraflı bioqrafiya üçün karta toxunun.
04TƏDBİRİN PLANI
AGENDA
09:00 — 16:50 / 10 Dekabr 2026
10:00 — 10:45
Açılış hissəsi
10:45 — 11:00
Beynəlxalq Sənaye Təhlükəsizliyi gününün təsisi
11:00 — 13:00
I Panel — Qırmızı Xətt
PANEL- MODERATOR
- İdrak Nəzərovbp, Səngəçal Terminalının SƏTƏMM və Karbon izi üzrə qrup rəhbəri
- SPİKER
- Məmməd ƏlizadəSOCAR, Prezidentin Sağlamlıq və Əməyin Mühafizəsi üzrə müşaviri
- SPİKER
- Yaşar HəmzəyevBeynəlxalq Əmək Təşkilatı, Azərbaycan üzrə koordinator
- SPİKER
- Xamis SeyranovAzərbaycan Metrologiya İnstitutu, Baş direktor
- SPİKER
- Rövşən Mahmudov“Prime Cotton” MMC, baş icraçı direktor
- SPİKER
- Samir ƏliyevAZCON Holding, SƏTƏMM şöbəsinin müdiri
13:00 — 14:00
Nahar fasiləsi
14:10 — 15:40
II Panel — Safe Talks
PANEL- MODERATOR
- Emin DostiyariAzərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri
- SPİKER
- İradə Əhmədlibp AGTR Sənaye Gigiyenası Mərkəzi, Rəhbər
- SPİKER
- Ian CollinsHow2HOP, təsisçi
- SPİKER
- Max KaiserAkdo, ARR Campus, icraçı direktor
15:40 — 16:00
Çay-kofe fasiləsi
16:00 — 16:40
III Hissə — HSE Awards
MÜKAFATLANDIRMA01Trust Leadership Award
02HSE Innovation Award
03Workplace Well-Being Award
04Social Responsibility Champion Award
05HSE Excellence Project Award
16:40 — 16:50
Bağlanış hissəsi
06DİGƏR TƏDBİRLƏRİMİZDƏN KADRLAR
QALEREYA
07BİZƏ YAZMAĞA ÇƏKİNMƏYİN
BİZİMLƏ
ƏLAQƏ
Sizə necə kömək edə bilərik? Sponsorluq, spiker təklifi və iştirak barədə bizimlə əlaqə saxlayın.
- E-POÇT
- info@aisa.az
- TELEFON
- +994 12 310 53 53
- MƏKAN
- Baku Marriott Hotel Boulevard
- OFİS
- Çinar Plaza, Bakı

















